Ru
10:28 / 07 Noyabr 2025

Məsciddən oğurluq edən lənkəranlı Ukraynada əsir düşdü

Məsciddən oğurluq edən lənkəranlı Ukraynada əsir düşdü
Eye

Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə əsir düşən azərbaycanlının görüntüləri yayılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial mediada yayılan videoda Lənkəran sakini olduğunu bildirən Orazjanzadə Şahmar Aqoyli oğlu müharibəyə Rusiya ordusu tərəfindən qatıldığını deyib.

Əslən Boladi kəndindən olduğunu bildirən 1993-cü il təvəllüdlü şəxs Rusiyada cinayət törətdiyini və həbsdə olarkən orduya qoşulduğunu, orada təlimlərə cəlb edildiyini, daha sonra isə müharibə bölgəsinə aparıldığını bildirib.

Şahmar adlı şəxs öz istəyi ilə Ukrayna tərəfinə əsir düşdüyünü deyib. O, pul qazanmaq üçün müharibəyə qatıldığını, lakin digər şəxslərə bunu nümunə götürməməyi məsləhət görüb.

Qeyd olunur ki, Şahmar əvvəllər Lənkəranda yaşayarkən kənd məscidindən oğurluq etdiyi üçün də həbs edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar