İyunun 10-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayır.
BŞTİ-dən Bakupost-a verilən xəbərə görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu müvafiq Təlimata uyğun aparılacaq və iyunun 19-da başa çatacaq.
Liseylərin V sinfinə cari tədris ilində ümumi təhsil məktəblərinin IV sinfini əla və yaxşı qiymətlərlə bitirən, xüsusi istedadı ilə fərqlənən şagirdlər qəbul edilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə təşkil ediləcək Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.
BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli "Zəkalar” Liseyi) sənəd qəbulu isə iyunun 10-dan etibarən müvafiq məktəb-lisey və liseylərdə aparılacaq. Qeydiyyat üçün valideynlər birbaşa övladlarının təhsil almaq istədiyi müəssisəyə müraciət edə bilərlər. BŞTİ-nin tabeliyindəki məktəb-lisey və liseyin VII sinfinə sənəd qəbulu da iyunun 19-da başa çatacaq.
Liseylərə və məktəb-liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. V siniflər üçün müsabiqənin iyunun 22-də, VII siniflər üçün müsabiqənin isə iyunun 23-də təşkil edilməsi nəzərdə tutulub. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Netice tapılmır kömek eliyin zehmet olmazsa 5 ci sinifə lisey qebul neticeleri
Zəhmət olmasa pdf atardızda
MEN 5-CI SINIF SAGIRDIYEM MUSABIQEYE QATILMAQ ISTEYIREM
Liseylere qebul haqqinda məlumat
Məntiq testləri
Mən 5 ci sinifde oxuyuram, 6 cı sinifi litseye qəbul olmaq üçün, müsabiqəyə qoşulmaq istətirəm.
Bugun niye seçdiyiniz litseyləri sayita daxil olanda görmürük?
Hacandi imtahan
Mən Zakir Niftəliyev 4 ci sinif şagirdi Liseyə daxil olmaq üçün müsabiqəye qatılmaq istəyirem
Mən Bilal Niftəliyev 4 ci sinif şagirdi Liseyə daxil olmaq üçün müsabiqəye qatılmaq istəyiremem
Mən 7cı sınıfı bıtırırem müsabiqeye qoşulmaq ısdeyırem
Men 4 cü sinifi bitirirem 5 sinifi litseye imtahan vermey ücün müsabiqeye qoşulmaq isdeyirem
Men 4 cü sinifi bitirirem.5 ci sinifi litsey müsabiqesinde iştirak etmek isdeyirem.
Men 4 cü sinifi bitirirem 5 ci sinifi litsey e qebul olmaq isdeyirem.imtahanların vaxdı ile maraqlanıram.
Mən 5ci Sinif şagirdiyəm müsabiqəyə qatılmaq istəyirəm