Ru
14:51 / 12 May 2026

London və Parisdən ABŞ-yə zərbə: Trampın edə bilmədiyini onlar bacaracaqmı?

London və Parisdən ABŞ-yə zərbə: Trampın edə bilmədiyini onlar bacaracaqmı?
Eye

Hörmüz boğazı ətrafında yaranmış durumu həll etmək üçün Böyük Britaniya ilə Fransa hərəkətə keçməyə başlayıblar.

London və Paris mayın 12-də Hörmüz boğazında beynəlxalq hərbi missiyanın aspektləri barədə razılığa gəlmək üçün 40-dan çox ölkənin müdafiə nazirlərinin ilk görüşünü keçirəcəklər.

Bakupost.az xəbər verir ki, məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb.

Qurum “planın sırf müdafiə xarakterli olduğunu" və "bu həyati əhəmiyyətli ticarət yolu boyunca kommersiya gəmiçiliyinə etimadı bərpa etməyi" hədəflədiyini vurğulayıb.

Siyasi şərhçi Xəyal Bəşirov Bakupost.az-a bildirib ki, London və Parisin danışıqlar yolu ilə Hörmüz bağazının açılması istiqamətindəki bu təşəbbüsü əslində ABŞ-nin gücü çatmadığı bir məsələnin onun iştirakı olmadan həllinə nail olmaq cəhdidir:

“Donald Tramp Hörmüz boğazını bağladıqdan sonra müttəfiqlərinə böğazın güc tətbiqilə açılmasına kömək etməklə bağlı çağırış etdi. Amma müttəfiqləri ona dəstək vermədi. Əksinə, Qərbi Avropa bununla Trampa İranla müharibənin onların müharibəsi olmadığını bəyan etdi. Necə ki, daha əvvəl Tramp Avropaya Ukrayna müharibəsinin onların müharibəsi olmadığını demişdi. Yaxın Şərqdəki müharibə Böyük Britaniya və Fransanın da maraqlarına ziddir. Hörmüz boğazının bağlı qalması ilə həmin ölkələrdə də enerji böhranı yaşandı”.

Ekspert bu məsələdə Londonla Parisin İranla danışıqlara gedəcəyini də istinsna etmədi:

“Onlar öz missiyalarının reallaşması üçün Tehranla danışıqlara da gedə bilər. İran da dəfələrlə qeyd edib ki, Amerikaya dəstək verməyən dövlətlərlə düşmənçilik etmir. Bu fonda həmin ölkələrin Tehranla danışıqlara gedəcəyi ehtimalı da artır. Təşəbbüsü irəli sürənlər Çin vasitəsilə də İrana təsir edə bilərlər”.

Həmsöhbətimizin fikrincə, hərbi əməliyyatlar yenidən alovlanmasa, iki Avropa ölkəsinin sözügedən təşəbbüsü nəticə verəcək:

“İran da bu prosesdən istifadə edərək, düşmənlərinin cərgəsinə qoşula bilənlərin sayını azalda, ABŞ ilə İsrailin mövqelərini zəiflədə və onlara təsir göstərməyə çalışa bilər. Nəticədə günlərin biri həmin 40 ölkə ilə İran arasında danışıqların reallaşmasının da şahidi ola bilərik”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar