Ru
14:17 / 17 Aprel 2017

““Made in Azerbaijan” brendi dünyada şöhrət qazanıb” - Prezident

““Made in Azerbaijan” brendi dünyada şöhrət qazanıb” -  Prezident
Eye

""Made
in Azerbaijan” brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atılır.
Artıq bu brend bu gün dünyada şöhrət qazanıb”.


BakiPost.azxəbər verir ki, bu sözləri qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən
respublika müşavirəsində Prezident İlham Əliyev deyib. Ölkə başçısı bildirib
ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların
iştirakı gözəl nəticələrə gətirib çıxarır.


"Bir neçə
sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik,
kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”,
- deyə dövlət başçısı əlavə edib.


Xarici
ölkələrə bir neçə ixrac missiyasının ezam edildiyini, bu missiyaların da çox
böyük faydası olduğunu deyən Prezident bildirib: "Qərara gəldik ki, bir neçə
ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni,
dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni
imkanlar yaradır”.


Azərbaycan
Prezidenti vurğulayıb ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla
özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Dövlət başçısı bunun ixrac üçün əlavə
imkanlar yaradacağını diqqətə çatdırıb.



"Biz
istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli
mallar təqdim edək”, - deyən Prezident qeyd edib ki, növbəti illərdə daxili tələbatı
yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir.


"Eyni
zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu
edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi
də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq
təhlükəsizliyimizi tam şəkildə təmin edək”, - deyə Prezident İlham Əliyev
bildirib.



Bakı
Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar