Ru
12:43 / 03 Dekabr 2025

Mal əti konservində donuz DNT-si tapıldı – Şirkətin Azərbaycanda da distribüteri var

Mal əti konservində donuz DNT-si tapıldı – Şirkətin Azərbaycanda da distribüteri var
Eye

“Qlavprodukt” markalı mal əti konservində donuz əti DNT-si aşkar edilib. Bu məhsul Rusiya ordusuna və Mərkəzi Asiya ölkələrinə tədarük olunur.

Bakupost.az “All Exclusive”ə istinadən xəbər verir ki, genetik ekspertizanın nəticələri haqda məlumat mediaya sızıb.

Şirkət bu ilin iyul ayında milliləşdirilib, daha əvvəl isə faktiki olaraq keçmiş Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri ilə bağlı olan “Drujba narodov” müəssisəsinin nəzarətinə idi. Bu barədə daha əvvəl “The Insider” portalı məlumat yaymışdı.

2025-ci ilin sentyabrında aparılan ekspertizaya görə, donuz növünə aid DNT 500 qramlıq “Semeynıy budjet” markalı mal əti konservində aşkarlanıb. Məhsulun istehsalçısı Orlov vilayətində yerləşən “Qlavprodukt”un müəssisəsi “Orelprodukt” ASC-dir.

“The Insider” həm “Orelprodukt”a, həm də Mərkəzi Asiya ölkələri və Azərbaycandakı əsas distribüterlərinə sorğu göndərib. Bu günədək müraciətə cavab alınmayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar