RT ("Russia Today") telekanalının baş redaktoru Marqarita Simonyan ona ağır xəstəlik diaqnozu qoyulduğunu və tezliklə əməliyyat olunacağını bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "Rossiya-1" telekanalında "Vladimir Solovyovla bazar axşamı" verilişinin efirində deyib.
"Mən həqiqəti deməliyəm və eyni həqiqəti yaşayanları ruhlandırmalıyam. Bu həftə mənə dəhşətli, ağır xəstəlik diaqnozu qoyuldu. Mən sabah əməliyyat olunacağam", - o bildirib.
Simonyan həyat yoldaşı Tiqran Keosayanın doqquz aydır ki, komada olduğunu da xatırladıb.
Qeyd edək ki, Marqarita Simonyan Rusiya hakimiyyətinin əsas təbliğatçılarından biri sayılır.