Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil. Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük. 5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılması idi…
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkə hesabında qeyd edib.
O, AMEA prezidenti İsa Həbibbəylidən də söz açaraq, onu R. Mehdiyevin "sənət əsəri" adlandırıb:
"Hazırkı Akademiya prezidenti İsa Həbibbəylinin şerləri və traybozavr sifətinin ifadəsinə diqqət çəkəndə anlayırsan ki, Mehdiyev hələ də sağdır, ölməyib, kürsüdən salınmayıb. İsa Həbibbəyli Mehdiyevin ən böyük sənət əsəridir, “mehdiyevşinanın” canlı nümunəsidir. Mehdiyev yenilməyib və sağdır! Əks halda İsa Həbibbəyli kimi Şarikov necə də Akademiya prezidenti ola bilər?! Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır. Elmin cəsədi ortada, Həbibbəyli isə rəqs edir. İsa bilsəydi ki Həbibbəyli onun adını daşıyacaq…"