Ru
15:30 / 08 Sentyabr 2025

Məhkuma xurmanın içində narkotik keçirmək istədi - Qarşısı alındı

Məhkuma xurmanın içində narkotik keçirmək istədi - Qarşısı alındı
Eye

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 4 ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,730 qram qurudulmuş marixuana və 1,112 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar