Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin cəsədi zirehli texnika ilə ərazidən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediasında görüntülər yayılıb.
Qeyd olunur ki, 14 yaşlı İsa Aras Mersinlinin meyiti zirehli texnika ilə ərazidən çıxarılarkən məktəbin qarşısına çoxlu sayda insan toplaşıb.
Xatırladaq ki, İsa Aras Mersinlinin məktəbə silahlı hücumu nəticəsində 8 şagird və 1 müəllim həlak olub. 20 nəfər isə yaralanıb. Daha sonra yeniyetmə özü də həmin silahla intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.