Türkiyənin Kahramanmaraş vilayətində orta məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, ağır yaralanan daha bir şagird bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Şanlıurfanın Siverek rayonunda baş verən bənzər hücumdan bir gün sonra qeydə alınıb. İstintaq materiallarına əsasən, hücumu həmin məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli törədib. Onun cinayəti törədərkən təqaüdçü polis rəisi olan atasına məxsus beş odlu silahdan istifadə etdiyi bildirilir. İki sinif otağına daxil olaraq nizamsız atəş açan yeniyetmə hadisədən sonra intihar edib.