Son dövrlərdə məktəblərdə təhlükəsizlik məsələsi daha da aktuallaşıb.
Xüsusilə Türkiyədə baş verən hadisələr bu sahədə yeni qaydaların tətbiqini zəruri edib. Yeni qaydalara əsasən, dərs saatlarında məktəbə yalnız müəllimlər, şagirdlər və işçilər daxil ola bilər, valideynlər isə yalnız təyinatla buraxılır.
Şagirdlərin əşyaları təhlükəsizlik məntəqəsində qəbul edilir, dərsdən sonra isə uşaqlar xüsusi zonada valideynlərə təhvil verilir və hərəkətlərlə bağlı valideynlər dərhal məlumatlandırılır. Bu hadisələrin fonunda Azərbaycanda da məktəb təhlükəsizliyi məsələsi gündəmə gəlir.
Xüsusilə "İdrak" liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisə mövcud nəzarət sistemlərinin yetərsiz ola biləcəyini göstərir.
BakuPost