Ru
19:19 / 20 Aprel 2026

“Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” - VİDEO

“Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” - VİDEO
Eye

ABŞ-də çıxış edən Azərbaycan millisinin üzvü Nəriman Axundzadə yerli azarkeşlər tərəfindən dəstəklə qarşılanıb.


Bakupost.az xəbər verir ki, həmyerlilərimiz MLS liqasının Şərq Konfransının 8-ci turu çərçivəsində keçirilən "Kolambus Kryu" - "Nyu-Enqland Revolyuşn" oyununu stadiondan izləyiblər.

ABŞ-də yaşayan azərbaycanlı Ceyhun Əlizadə bu anları sosial şəbəkədə paylaşaraq tribunadan futbolçuya səsləndiklərini qeyd edib. O, isinmə zamanı meydana çıxan Axundzadəyə müraciət edərək ona dəstək olduqlarını bildirib.

Paylaşım zamanı azarkeşin futbolçu ilə zarafat etməsi də diqqət çəkib. Belə ki, o, "Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik" sözləri ilə forvarda səslənib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar