Almaniyanın keçmiş kansleri Angela Merkelin "Polşa, Latviya, Litva və Estoniya Ukraynadakı münaqişəni həll etmək və 2021-ci ildə Rusiya ilə konstruktiv dialoq tapmaq cəhdlərini sabotaj edərək, dolayısı ilə Rusiyanın hərbi əməliyyatının başlamasına səbəb oldu" fikirləri polyak və estonları qəzəbləndirib.
Bakupost.az xəbər verir ki, Estoniya parlamenti Merkelin sözügedən fikirlərinə sərt reaksiya verib.
Belə ki, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson Merkelinin bu sözlərinin onun kansler kimi fəaliyyətinə “kölgə saldığını” vurğulayıb.
Polşanın keçmiş baş naziri Mateuş Moravetski də “Merkelin son 100 ildə Avropaya ən çox ziyan vuran alman siyasətçiləri arasında olduğu iddia edilir” deyə sabiq kanslerin sözlərinə reaksiya verib.
Zaur, BakuPost