Ru
14:40 / 01 Dekabr 2025

MİDA-nın mənzilləri satışa çıxarılır – 10 gün vaxt qoyuldu

MİDA-nın mənzilləri satışa çıxarılır – 10 gün vaxt qoyuldu
Eye

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə mənzillər satışa çıxarılır.

Bakupost.az xəbər verir ki, 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri studio tipli mənzillər üzrə 48 120 manat, 2 otaqlı mənzillər 69 240 manat, 3 otaqlı mənzillər 87 480, 4 otaqlı mənzillər isə 118 800 manatdan başlayır.

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar