Ru
13:11 / 02 Sentyabr 2023

Mingəçevirdə ağır qəza - Ölən və yaralanan var - FOTO

Mingəçevirdə ağır qəza - Ölən və yaralanan var -  FOTO
Eye

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAİ markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar