Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu, qarahüruhun Yal Taqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!
Bakupost.az xəbər verir ki, bu sözləri ReAL TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin qeyd edib.
“Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir. Biz onları - satiranın yüksək liqasının nümayəndələrini populist, avto-lavka “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik.
Tahir, əzizim, siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq! Oktyabrın 12-ni, saat 21-00-da Bizi (!) gözləsinlər! İşğal edilmiş bütün ərazilərimizi, o cümlədən doğma Laçını qaytaran Ali Baş Komandana təşəkkür etməyə!!! üfunət qoxuyan qaragüruhun linç qorxusu qarşısında (!) cəsarəti çatmayan nankor sürüsünə müdhiş cavabımız olacaq! 12 oktyabr saat 21-00!” – deyə Mir Şahin anons edib.
Zaur,
BakuPost
Çox qəribədir, mən sosial saytları, KİV-ni izləyirəm, rəhmətlik Cabir İmanov haqqında demək olar ki, heç kəs bir söz demir, deyirsə də Allahdan rəhmət diləyərək elə bir ciddi, yəni rəhmətliyin ruhuna hörmətsizlik eləmir və s...İndi bu Mirşahin, kinoşünas Aydın Kazımzadə, rəhmətliyin qardaşı Tahir İmanov və s., daim bu mövzunun sönməkdə olan közünü tərpədirlər, axı nəyə lazımdır bu söz-söhbət...Allah rəhmət eləsin...
Allah Cəlal m rəhmət eləsin. Kaş bu günü də yaşayaydi, mütləq ona onu haradan düşdüyünü qeyd edərdi...