Ru
23:00 / 19 Yanvar 2018

Moskvada azərbaycanlı jurnalist vəfat etdi

Moskvada azərbaycanlı jurnalist vəfat etdi
Eye

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün Moskvada dünyasını dəyişib.



Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.



Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə "Komsomolskaya pravda” qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.



Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan "Azərbaycan Konqressi" qəzetində redaktor kimi çalışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar