Ru
23:59 / 14 Yanvar 2026

Muğannanı səhv anlamısınız: “ruhu sizlə olan” bu Nəsimi deyil...

Muğannanı səhv anlamısınız: “ruhu sizlə olan” bu Nəsimi deyil...
Eye

Türkiyədə şərti olaraq “narkotik əməliyyatı” adı altında aparılan əməliyyat haqda yəqin ki, məlumatınız var: istintaq işində kimin adı ötəri olaraq keçirsə, dərhal saxlayıb qanını yoxlayırlar, qanında narkotik tapılan şəxslər isə həbs edilir.

Onun nə boyda məşhur olmasına baxılmır, hətta narkotik satıcısı və ya narkoman deyil, “təsadüfi istifadəçi” statusu da kimsəyə yardım etmir.

Saxlanılanlar içərisində sonuncu məşhur şəxs Oqtay Kaynarcadır. Aleyna Tilki, Doğukan Güngör, Şeyba Subaşı və kimlər, kimlər, o cümlədən “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranı hələ demirik.

Oqtay Kaynarcanın narkomanlığı və narkotik alverində iştirakı haqda bir ittiham yoxdur, yalnız və yalnız “qanında narkotik testinin müsbət çıxdığı” bildirilir.

Bu, Türkiyədəki “olay”, “hadisə”...

Bizdə də aylardır düşüblər Nəsimi Nəbizadənin dalıyca: adam illərin narkomanı, aylardır az qala böyük bir cameə yığışıb, onun müalicəsinə girişib;

hər yerdə dua, hər yerdə sevgi seli, təmənnasız dəstəklər... Efirə qayıtması uğrunda mübarizə, sosial çarxlar, Nəsiminin sağlam halda çıxışları, təqdimatları... hamı baxır, dəstək verir, “layk” atır. Və qəfildən, ilk fürsətdəcə adam oğurlanıb, aradan çıxır. Hamı da tökülüşüb bunu axtarır.

Sonra məlum olur ki, külli miqdarda narkotik satışı cəhdinə görə qardaşı həbs olunub və Nəsimi Nəbizadə də buna görə “başı qarışıqmış”.
Başı nəyə qarışıqdır ki?

Hələ onu yada salmırıq ki, 2021-ci ildə Nəsimi Nəbizadənin özünün narkotik satışında ittiham edilərək tutulması barədə məlumat yayılmışdı. DİN təsdiqləmədi, daha doğrusu...

Yəni Oqtay Kaynarcanın qanında “normadan cıqqan artıq” narkotik tapıldığı üçün - o da bilinmir ki, testin nəticələri nə qədər həqiqidir, bəlkə də siqaretin təsiridir - tutub adamı içəri tullayıblar, bu ölkədə narkotik satmaqda şübhəli bilinən sabiq aparıcıya DİN sahib çıxır...

Oqtay Kaynarcanın şöhrəti, imkanları və miqyası hara, Nəsimi Nəbizadə hara. Hər bir halda Azərbaycanda Oqtay Kaynarcanı tanımayan yoxdur, ancaq Nəbizadə nəinki Türkiyədə, heç Azərbaycanda Kaynarca qədər tanınmır.

Bu dövlət, bu polis, bu məhkəmə, bu xalq, bu millət öz aparıcısına bu qədər sahib çıxır. Daha bu dövlət-xalq nə etməlidir ki?

İllərdir bu aparıcının yaxasından yapışmışıq ki, sən istedadını məhv etmə, lazımlısan!

“Nəsimi” aldadıb bu xalqı: “Gedən cismimdir, ruhum sizinlədir” demişdi Nəsimi; indi elə bilirlər ki, cismini saxlamaq lazımdır.

O “cismi gedib, ruhu qalan” İmadəddin kişidir, bu Nəsiminin ruhu çoxdan gedib, qalan cismidir.
Adam ruhən ölüb, əl çəkin!!!

Azər Məlikli,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar