ABŞ-İran müharibəsi, demək olar ki, başa çatıb. Ayətullahların gücü, zənginləşdirilmiş uran, raket proqramı, proksi qruplar yerindədir.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Hava hücumları nəticəsində məhv edilmiş şaxtaları və raketləri həmişə bərpa etmək olar. ABŞ və İsrail başa düşdü ki, məqsədlərinə çatmayıb və müharibənin uzadılması onlar üçün vəziyyəti daha da pisləşdirəcək. Buna xal itirmək deyilir. Tərəflər indi müxtəlif on maddəlik planları müzakirə etmək üçün geri çəkildi, lakin yaxın zamanlarda müharibənin əvvəlki intensivliyinə qayıdış olmayacaq. Amma dünya Əbu-Dabi və Dubayın yanan göydələnlərini, Trampın isterik məğlubiyyətlərini və İranın olduqca təsirli asimmetrik taktikalarını xatırlayacaq”, - o bildirib.