ABŞ Hərbi Dəniz Qüvvələrinin paradında çıxış edən prezident Donald Tramp bildirib ki, Amerika bir sıra müharibələri “siyasi düzgünlük” səbəbindən uduzub.
Bakupost.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Vyetnamla bağlı problem ondan ibarət idi ki, biz qalib gəlmək üçün mübarizəni dayandırdıq. Asanlıqla qalib gələ bilərdik. Əfqanıstanda da, istənilən başqa müharibədə də qələbə qazana bilərdik. Amma biz siyasi cəhətdən düzgün idik. İndi isə artıq belə deyilik - qalib gəlirik”, - Tramp vurğulayıb.
O, həmçinin dekabr ayında ABŞ-də “Virciniya” sinfinə aid yeni sualtı qayıq tikintisinə başlanacağını və 80 illik yubileyi münasibətilə Ağ Evdə UFC döyüşü keçirməyi planlaşdırdığını bildirib.
Amerika mətbuatının yazdığına görə, Trampın çıxışı daha çox “siyasi şou”ya bənzədilib. Qeyd olunub ki, o, nitqi zamanı demokratları, hökumətin fəaliyyətinin dayandırılmasını (şatdaun) və “miqrantlara ayrılan vəsaitləri” tənqid edib, eləcə də şəhərlərə Milli Qvardiyanın yeridilməsi qərarını alqışlayıb.
Lalə,
BakuPost