Ru
14:42 / 02 İyun 2026

Müqavimət göstərən sürücünün zərərsizləşdirilməsi canlı yayıma düşdü - VİDEO

Müqavimət göstərən sürücünün zərərsizləşdirilməsi canlı yayıma düşdü - VİDEO
Eye

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında baş verən insidentin görüntüləri yayılıb.


Bakupost.az xəbər verir ki, kadrlarda polis əməkdaşının sürücüyə məxsus avtomobilin şüşələrini sındırdığı əks olunub.


Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. Bildirilib ki, Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib:


"Mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.


Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.


Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür",- deyə açıqlamada bildirilib.



Lalə


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar