Ru
14:57 / 16 Aprel 2026

Mustafayevdən Rusiya açıqlaması

Mustafayevdən Rusiya açıqlaması
Eye

Azərbaycan regionda yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Rusiya ilə tərəfdaşlığın ardıcıl inkişafına sadiqliyini nümayiş etdirir.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, regional çağırışlar fonunda Azərbaycan tərəfdaşlıq ruhuna uyğun olaraq operativ addımlar atır.

O, xüsusilə Rusiya vətəndaşlarının İrandan təxliyəsi prosesində Azərbaycanın göstərdiyi yardımı və humanitar əməkdaşlığı diqqətə çatdırıb.

Ş.Mustafayevin deyib ki, Rusiya tərəfindən İrana göndərilən humanitar yüklərin Azərbaycan ərazisi vasitəsilə çatdırılmasına dəstək davam etdirilir:

"Cari ilin martın 27-də humanitar yardımın ikinci böyük partiyası İran-Azərbaycan sərhədində, Astara keçid məntəqəsində qarşı tərəfə təhvil verilib. Bu, ölkələrimiz arasında qarşılıqlı yardımın və koordinasiyalı fəaliyyətin göstəricisidir”.

O, həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin strateji əhəmiyyəti vurğulayıb:

“Hazırkı çətin şəraitdə bu dəhliz fasiləsiz yük daşımalarını təmin etməklə öz həyat qabiliyyətini və rəqabətədavamlılığını praktikada sübut edib”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar