Ru
14:10 / 25 Noyabr 2025

“Napoli” – “Qarabağ” matçı təxirə salınacaq? - Açıqlama

“Napoli” – “Qarabağ” matçı təxirə salınacaq? - Açıqlama
Eye

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşib.

Baku xəbər verir ki, bununla bağlı şəhərdə narıncı xəbərdarlıq elan edilib.

İtaliyanın bəzi media orqanları “Napoli” – “Qarabağ” matçının təxirə salına biləcəyi ehtimalını da irəli sürüb.

Lakin İtaliya klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça hazır olduğunu bildirib.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda matçın təxirə salınması gündəmdə deyil.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar