Avroviziya təmsilçimiz Samirə Əfəndi onu təhqir edən Azad Vətən Partiyasının sədri Akif Nağıdan məhkəməyə şikayət edəcək.
Bakupost.az xəbər verir ki, müğənni barədə “Tolik”in müəllifi olduğu “Tarixin bir günü” verilişində deyib.
Müğənni vəkilinin bununla bağlı hüquqi işlərə başladığını bildirib.
Xatırladaq ki, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndiyə divan tutmağa çağırış edib. Siyasətçi sosial şəbəkə hesabında müğənnini təhqir edib.
Qazaxıstanın Astana şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal, 12 bal verib. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.