İran parlamentinin plenar iclasından yayılan görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub. Millət vəkillərinin iclas zalında “rahatlama moduna” keçməsi, istifadəçilərdə gülüş doğurmaqla yanaşı tənqidi fikirlərə də səbəb olub.
Bakupost.az xəbər verir ki, görüntülərdə bəziləri deputatların ayaqlarını masanın üzərinə qoyaraq iclası izlədiyi, digərlərinin isə kresloda mürgülədiyi və ya yerə əyləşdiyi görünür.
“Sanki qanunvericilik işi yox, uzun yol səfərindən yorğun düşən turistlərin fasiləsi təsiri bağışlayır”, – deyən sosial şəbəkə istifadəçiləri baş verənləri qınayıb.
Cavid, BakuPost







