Ru
16:03 / 25 Noyabr 2025

Canavarlar daha bir kəndə hücum etdi – 13 qoyun tələf oldu (FOTO)

Canavarlar daha bir kəndə hücum etdi – 13 qoyun tələf oldu (FOTO)
Eye

Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.

Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.

Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib.

Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynuzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar