Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumat görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə gedib.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.