Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Balakən polisi tərəfindən yol hərəkəti qaydalarını pozma ittihamı üzrə axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada həbs olunub.
“İnterpol” kanalları vasitəsilə onun Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.