Ru
14:59 / 25 Noyabr 2025

İcra başçısından maşın bazarının köçürülməsinə reaksiya

İcra başçısından maşın bazarının köçürülməsinə reaksiya
Eye

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib.

Bakupost.az “Qafqazinfo”ya istindən xəbər verir ki, bazar üçün Ağdamın hansı hissəsində yer ayrılması, prosesin nə vaxt başlayacağı ilə bağlı suallar aidiyyəti qurumlara ünvanlanıb.

Ağdam Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: “Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur”.

Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar