Türkiyədə məhkəmə binasında partlayış baş verib. Hadisə binanın zirzəmi qatında qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində yaralanan var.
Bakupost.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç parlamentin Plan və Büdcə Komissiyasında hadisə ilə bağlı açıqlama verib.
Nazir bildirib ki, saat 15:00 radələrində (Bakı vaxtilə 16:00) Şanlıurfa məhkəməsi binasının ədliyyə əmanət bürosunda naməlum səbəbdən partlayış olub. Onun sözlərinə görə, bir nəfər ayağından yaralanıb və hazırda vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Cavid, Bakupost.az