Ru
13:51 / 13 İyun 2020

Naxçıvana ləğv edilən reyslərə bilet alanların - NƏZƏRİNƏ

Naxçıvana ləğv edilən reyslərə bilet alanların   -  NƏZƏRİNƏ
Eye

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinlərinin aldıqları aviabiletlərin aqibəti bilindi.

AZAL-dan "BakuPost"a verilən məlumata görə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.
Qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

"Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq. Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır".

Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar