Keçmiş deputat, həbsdə olan iş adamı Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial media hesabında məlumat yayıb.
İş adamının səhhətindəki son vəziyyətlə bağlı detallı məlumat verilməyib. Qeyd edək ki, F.Bəydəmirli həmin gün həyat yoldaşının
səhhətinin qəfil pisləşdiyini bildirmiş, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə müraciət edərək onun təcili xəstəxanaya yerləşdirilməsini tələb etmişdi.
Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-də saxlanılıb. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə və təhdid yolu ilə tələb etmə maddələriylə ittiham olunub.
2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.
Elnur
BakuPost