Ru
19:43 / 25 Fevral 2026

Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib

Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2026-cı ilin yanvar ayında 626 min müraciət edilib.

Bakupost.az xəbər verir ki, ötən ay 26 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 21 milyon olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar