Ru
19:01 / 25 Fevral 2026

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...
Eye

Azərbaycan Milli Elmlər Akademiyasına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin mənəvi baxımdan hələ də rəhbərlik etdiyini iddia etmək üçün kifayət qədər əsaslar var: bu qurumda Ramiz Mehdiyevin kadrları vəzifə pillələrində irəliləyir, həmçinin dövləti, cəmiyyəti önünə alan AMEA Rəyasət Heyəti “keçmiş rəhbərə” sədaqətini hər vəchlə nümayiş etdirməkdən zövq alır.

Bakupost.az xəbər verir ki, ötən gün AMEA-nın Aynur Günəşli haqda yaydığı açıqlamada özünüifşası, savadsızlığı, tarixlərlə uğursuz və rüsvayçı manipulyasiya cəhdi bir daha təsdiqlədi ki, bu qurum de-fakto deqradasiyaya uğrayıb, daxildən çürüyüb. Uzun müddətdir intriqalar yuvası olan, elmdən daha çox şəxsi maraqlara xidmət edən, dövlətdən aldığı dotasiyanı heç bir halda doğrultmayan bu qurumda aşınma Ramiz Mehdiyevin mənəvi və fiziki rəhbərliyi dönəmində daha da sürətlənib.

Ramiz Mehdiyev PA rəhbəri olarkən, AMEA-ya da nəzarət edirdi, orda öz kadrlarının yerləşdirilməsinin qayğısına qalırdı. Ramiz Mehdiyev AMEA prezidenti olandan (23 oktyabr 2019-cu il) qoyduğu ənənə yenidən davam edir. Ötən gün Ramiz Mehdiyevin AMEA-ya prezidentlik dövrünü dırnaq içərisində yazmaqla nə demək istədikləri yalnız öz məhdud təfəkkürlərinə bəlli olan açıqlamada AMEA mənsublarının hansı savad yiyəsi olduğu bir daha ortaya çıxdı.

Üstəlik, bu qurum cəsarəti çatıb Ramiz Mehdiyevlə bağlı qərarını vermir: DTX-nin ən ağır maddələrlə ittiham etdiyi Ramiz Mehdiyev AMEA-nın sayəsində “akademik təqaüdü” almağa davam edir. Bu qurum aylardır R.Mehdiyevi müzakirəyə çıxarmır; vaxt uzatmaqla məşğuldur, yayındırıcı, bir-birinə zidd məlumat verir, əvəzində Ramiz Mehdiyevin vaxtında AMEA Rəyasət Heyətinə gətirilən işçiləri qabağa çəkir, onların sabiq rəhbərə bağlı olduğu haqda iddianı isə savadsız, məntiqsiz, bir-biri ilə bağlı olmayan, bir-birini təkzibləyən təyinat tarixləri ilə yalanlamağa çalışır.

Bir “elm ocağı” ki, bu qədər savadsız, məntiqsiz açıqlamanı yaymaqdan utanmır;

Bir “elm ocağı” ki, Ramiz Mehdiyevin ənənəsini və milli maraqlara zidd siyasətini davam etdirir;

Bir “elm ocağı” ki, Dövlət Təhlükəsizliyi Xidməti kimi bu ölkənin elit qurumunun təkzibedilməz faktlarla dövlət çevrilişi və hakimiyyətin zorla ələ keçirilməsində ittiham etdiyi, evindən 17 milyon manat nağd pul çıxan şəxsi hələ də öz sıralarında saxlamağa inadla davam edirsə...

Bu dövlətin büdcəsindən bu elm ocağına hansı əsasla dotasiya ayrılmalıdır?

AMEA hansı dəyərinə görə maliyyələşdirilməlidir?

Şeyx Teymur

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar