Ru
19:25 / 25 Fevral 2026

40 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO

40 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO
Eye

Bakıdakı Dövlət Bayrağı Meydanının görüntüləri instaqramın milyonlarla izləyicisi olan məşhur “Pubity” səhifəsində paylaşılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, videoda Bakıdakı bayraq dirəyinin tarixi və texniki göstəriciləri barədə maraqlı faktlar yer alıb.

Səhifə paylaşımda bayraq dirəyinin 50 mərtəbəli binadan daha hündür olduğunu xüsusi qeyd edib.

Videoda bildirilir ki, 2010-cu ildə inşa edilən 162 metrlik dirək vaxtilə dünyanın ən hündür sərbəst dayanan bayraq dirəyi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb:

“Dalğalanan bayrağın ölçüləri 70x35 metr, çəkisi isə təxminən 350 kiloqramdır ki, bu da bir royal pianonun çəkisinə bərabərdir. Lakin sonradan Səudiyyə Ərəbistanı və Misirdə ucaldılan dirəklər bu rekordu yeniləsə də, dünyada ən yüksək bayraq dalğalandırmaq uğrunda rəqabət hələ də davam edir”.

Qeyd edək ki, 2024-cü ildə aparılan yenidənqurma işlərindən sonra meydandakı bayraq dirəyi daha da hündürləşdirilib (təxminən 191 metr) və indi o, ölçülərinə görə (yeni rekord 36x72 metr) yenidən dünya liderləri sırasındadır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar