Ru
10:22 / 04 İyul 2022

Neftin qiyməti 380 dollara çatacaq - "Bloomberg"

Neftin qiyməti 380 dollara çatacaq - "Bloomberg"
Eye

ABŞ-ın ən nəhəng banklarından olan JP Morganın analitikləri neftin hər barrelinin qiymətinin 380 dollara qədər bahalaşacağını proqnozlaşdırıb.


Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.


Əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq, neft hasilatını kəskin salsa, neft 200 dəfə bahalaşacaq.


Qeyd olunur ki, gündəlik rus neftinin 3 milyon barel azaldılması nəticəsində London birjasında bir barel yanacağın qiyməti 190 dollara çatır.


Belə davam etsə xam neft də 380 dollar olacaq.


Əgər Rusiya sutkalıq neft təminatını 5 milyon barel azaltsa, nəticələr fəciəvi olacaq.


Analitiklər hesab edir ki, bu addımı Rusiya o vaxt atacaq ki, ABŞ və Avropa birliyi tərəfindən rus neftinin qiymətinə məhdudlaşdırmalar tətbiq olunacaq.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar