Almaniyada 2026-cı ildən etibarən qüvvəyə minəcək yeni ailə hüququ qaydaları nənə və babaların aliment öhdəliklərini də yenidən müəyyənləşdirir. “Düsseldorf Cədvəli”nin yenilənmiş versiyası ilk dəfə olaraq nəvə alimentinə dair ayrıca meyarları özündə birləşdirir.
Bakupost.az xəbər verir ki, yeni normaya görə, uşağın bioloji valideynləri alimenti ödəyə bilmədikdə, məhkəmə gəlir sıralamasında növbəti olaraq nənə və babaların maliyyə imkanlarını araşdıracaq. Yetərli gəliri olan nənə-babalar aliment ödəməkdən imtina edə bilməyəcəklər – yəni şərtlər uyğun gldiyi halda ödəniş MƏCBURİ olacaq.
Qaydada mühüm detal da var – nənə və babanın öz yaşama xərclərini təmin edən minimum gəlir səviyyəsi toxunulmaz saxlanılır. Yəni aliment ödənişi onların şəxsi ehtiyaclarını təhlükəyə atmır.
Öhdəlik necə tətbiq olunur?
Qaydaya əsasən: Valideyn hansısa səbəbdən (işsizlik, xəstəlik, həbs və ya tam yoxsulluq) aliment ödəmə gücünü itirdikdə, dövlət və ya məhkəmə nənə-babanın maliyyə vəziyyətini yoxlayacaq. Gəliri öz yaşayış minimumunu təmin etməyə tam kifayət edən nənə-baba məhkəmə qərarı nəvə üçün aliment ödəməyə ilə məcbur ediləcək.
Bu mexanizm Almaniyada “fərdi ailə məsuliyyətinin pilləli modeli” adlanır və uşağın təminatının hər şəraitdə qorunmasına yönəlib.
Bir sıra praktika Avropa ölkələrinin də (Fransa, Avstriya, İsveçrə, Belçika) ailə qanunvericiliyində oxşar prinsiplər qüvvəyə minəcək.
Bütün bu sistemlərə xas olan ortaq prinsip ondan ibarətdir ki, yaxın qohumlar arasında maliyyə dəstəyi sosial təminatın yerini tutmur. Yəni dövlət əvvəlcə ailədaxili imkanları işə salır.
Cavid, BakuPost