Ru
17:42 / 20 Aprel 2026

Niderland və Belçika Qafqazı niyə qarışdırmağa çalışır?

Niderland və Belçika Qafqazı niyə qarışdırmağa çalışır?
Eye

Bakı ilə İrəvan arasında sülh müqaviləsi paraflansa da, bu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin əsası qoyulsa da, bir sıra ölkələr yenə də Azərbaycana qarşı qərəz siyasəti yürütməkdə davam edirlər.

Ən çox “fəallıq” göstərən ölkələr isə Belçika ilə Niderlanddır.

Bakupost.az xəbər verir ki, Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Görüş zamanı cari ilin aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib və Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.

Eyni zamanda, sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a bildirib ki, Belkiça və Niderland parlamentləri tərəfindən belə qərəzli sənədlərin qəbul edilməsində erməni diasporunun rolu olub:

“Erməni diasporu münasibətləri yenidən gərginləşdirməkdə maraqlıdır. Artıq Bakı ilə İrəvan arasInda münasibətlər normallaşır, daha da yaxşılaşır. Ermənistan baş naziri Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayır. Bütün bunların fonunda reallıq hissini itərən Belçika və Niderland kimi ölkələrin bəzi siyasiləri Azərbaycana qarşı qərəzli hərəkətlərindən əl çəkmirlər”.

Millət vəkilinin fikrincə, Azərbaycana qarşı belə əsası olmayan sənədləri qəbul edənlərin ya prosesdən xəbərləri yoxdur, ya da xəbərləri olsa da, Azərbaycanla Ermənistan arasında artıq normallaşma prosesinin getdiyi reallığını qəbul etmək istəmirlər:

“Belələri birdəfəlik anlamalıdır ki, artıq qatar gedib. Bakı ilə İrəvan arasında müxtəlif istiqamətlərdə əlaqələr qurulub və inkişaf edir”.

Həmsöhbətimizin sözlərinə görə, bu cür cəhdlərlə onu edənlər Bakı ilə İrəvan arasında münasibətlərə xələl gətirə bilməyəcəklər:

“Bunlar hamısı əbəsdir. Ortada iradə var. Ona görə də aranı qarışdırmağa çalışanlar anlamılıdır ki, bu cür cəhdlərlə Bakı ilə İrəvan arasında münasibətlərə xələl gətirə bilməyəcəklər. Dərk etməlidirlər ki, bu çabaları heç bir səmərə verməyəcək. Bu qüvvələr bölgəmizdə sülhün bərqərar olmasını istəyirsə, yaxşı olar ki, başlanan sülh prosesinə maneə olmasınlar. Onlar bilməlidirlər ki, belə əməlləri ümumi proseslərə yalnız xələl gətirir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar