Ru
18:09 / 20 Aprel 2026

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?
Eye

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş fəaliyyətinin aktivləşdirilməsi üçün addımlar atmayacaq.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim etdiyi videomüraciətində deyib.

“Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda təsbit olunub”, - o bildirib.

O, ölkəsinin BMT, Avropa Şurası, ATƏT, MDB, Beynəlxalq Frankofoniya Təşkilatı və Avropa Siyasi Birliyinin fəal üzvü olaraq qalmağa davam edəcəyini söyləyib: “Ermənistan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına üzvü olub və bu formatda öz fəaliyyətini davam etdirəcək. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlükdə maraqlıyıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar