Ru
09:50 / 05 Noyabr 2025

Nyu-Yorkun ilk müsəlman meri – Demokratlar 3 böyük şəhərdə qalib gəldi

Nyu-Yorkun ilk müsəlman meri – Demokratlar 3 böyük şəhərdə qalib gəldi
Eye

34 yaşlı sosialist demokrat Zahran Mamdani Nyu-York meri seçkilərində qələbə qazanaraq, əvvəlcə tanınmayan bir ştat nümayəndəsindən ölkənin ən diqqətçəkən Demokrat siyasətçilərindən birinə çevrilmə prosesini tamamladı.

Bakupost.az xəbər verir ki, Mamdani ABŞ-ın və dünyanın ən böyük şəhərinin tarixində ilk müsəlman meri olacaq. O, ilkin seçkilərdə 67 yaşlı keçmiş Demokrat qubernator Endrü Kuomonu (Andrew Cuomo) məğlub edib. Seçki kampaniyası Demokrat Partiyanın zədələnmiş imicini yenidən formalaşdırmaq cəhdlərinin davam etdiyi bir vaxtda nəsillər və ideologiyalar arasında rəqabət kimi qiymətləndirilir.

Eyni gün keçirilən digər seçkilərdə Virciniyada Demokratların namizədi, partiyanın mülayim qanadına mənsub Ebiqeyl Spanberqer (Abigail Spanberger) qubernatorluq yarışını asanlıqla qazanıb. Keçmiş Konqres üzvü və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq əməkdaşı olan 46 yaşlı Spanberqer bununla da Virciniya tarixində qubernator postuna seçilən ilk qadın olub. Nyu-Cersidə isə Demokrat Miki Şerrill (Mikie Sherrill) qubernator seçkilərində qalib gəlib.

Bu üç yarış Demokrat Partiyasına 2026-cı ildə keçiriləcək aralıq seçkilərdən öncə yeni kampaniya strategiyalarını sınaqdan keçirmək imkanı verdi. Keçən il keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Demokratlar Vaşinqtondakı hakimiyyət mövqelərini itirib və siyasi durğunluqdan çıxış yolları axtarırlar.

Hər üç namizəd seçki kampaniyalarında əsas diqqəti iqtisadi məsələlərə, xüsusən də sosial bərabərliyə yönəldib. Lakin Spanberqer və Şerrill partiyanın mötədil qanadını, Mamdani isə yenilikçi və müasir nəsil seçiciləri təmsil edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar