“O hadisədən sonra ədalətsiz qərarlar verməkdən çəkinirəm” - Tanınmış bəstəkar “Çöldə”/ VİDEO
3136
Azərbaycanlı bəstəkar Firudin Allahverdi gənc olmasına baxmayaraq onun bəstələri nəinki respublikada, hətta respublikanın hüdudlarından kənara çıxaraq ona şöhrət gətirib. Bəstəkarın kamera, orkestr, fortepiano, teatr musiqiləri, 21-ci əsr Azərbaycan filmləri üçün yazdığı musiqlər ona şöhrət gətirib.
38 yaşlı bəstəkar Firudin Allahverdini sizə bir də "Çöldə yaşam öyüdləri” verilişi tanıdacaq.
Verilişin tamaşaçısı öyrənəcək ki, o, hansı hadisədən sonra ədalətsiz qərarlar verməkdən çəkinir.
Bəs Bəstəkar Firudin Allahverdini Çölçülər niyə "Həyatda uğur qazanmaq üçün bilmədiyini bilən, eşitmədiyini deyən, görmədiyini göstərən, ondan fərqli düşünən, düzgün tənqid etmə kültürü olan insanlarla ünsiyyətdə olan biri hesab edir? Azərbaycanlı bəstəkar "Çöldə yaşam öyüdləri” verilişinin müəllifi və aparıcısı rejissor Eltən Qədimbəyliyə öz uğur açarı haqqında danışdıqları tamaşaçılar üçün düşündürücü olacaq. Hansı tənqidi obyektiv tənqid hesab etdiyi və bu gün bəstəkar kimi onu qorxudan nələrin olduğunu bəstəkar Firudin Allahverdi ilk dəfə "Çölçü Oba”sında "Çöldə yaşam öyüdləri” verilişində deyib.
Bəstəkar Firudin Allahverdi Azərbaycan musiqisini dünyada tanıtmanın sirləri haqqında olan fikirlərini "Çöldə yaşam öyüdləri” tamaşaçıları ilə bölüşüb.