İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Necat Azərbaycanı tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib.
Qeyd olunub ki, Ocaq Necat bir aydır ki, Tehrandadır.
Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.