Ru
14:37 / 10 Yanvar 2026

Ödəmə terminallarını qarət edən tutuldu – Kameraları da sındırırmış

Ödəmə terminallarını qarət edən tutuldu – Kameraları da sındırırmış
Eye

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən mağazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.

Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar