Ru
23:33 / 06 Aprel 2026

Onu Hitlerə oxşatdı

Onu Hitlerə oxşatdı
Eye

Digər Ukrayna” hərəkatının rəhbəri, siyasətçi Viktor Medvedçuk Almaniya kansleri Fridrix Mertsi sərt şəkildə tənqid edərək, onu Üçüncü Reyxin lideri Adolf Hitlerin siyasətini təkrarlamaqda ittiham edib.


Bakupost.az xəbər verir ki, Medvedçuk dərc etdiyi məqalədə Almaniyanın sürətlə yeni dünya müharibəsinə doğru sürükləndiyini iddia edib.

Siyasətçinin fikrincə, kansler ordunu genişləndirmək və “yağ əvəzinə silah” şüarını təbliğ etməklə nasist Almaniyasının metodlarından istifadə edir:

“Kansler Merts Hitlerin nümunəsini izləyərək müharibəni ilahiləşdirir. O, “Almaniya geri döndü!” deyə qışqıranda nasist Almaniyasını xatırlamamaq mümkün deyil. Merts Hitlerin Vermaxtı (nasist Almaniyası ordusu – red.) yaratdığı kimi, Avropanı böyük bir müharibəyə sövq edir”.

O, həmçinin Avropa İttifaqını iqtisadi birlikdən “Dördüncü Reyx”ə çevrilməkdə və yeni “blitskriq” planları qurmaqda günahlandırıb.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merts son çıxışlarında Moskvaya qarşı daha sərt mövqe nümayiş etdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar