Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentlərinin sammitinə hazırlıq məqsədilə təşkilat komitəsinin yaradılması barədə göstəriş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Viktor Orban radio "Kossuth"un efirində bildirib.
O qeyd edib ki, göstəriş cümə axşamı axşam saatlarında verilib və artıq hazırlıq işlərinə başlanılıb.