Seçki 2020


Bakupost.az saytı Azərbaycanın bir neçə informasiya portalında keçirilən "Seçki 2020" adlı onlayn səsvermədən imtina edir. Buna səbəb səsverməyə kənar müdaxilələrin olması, proqramın çalışma mexanizmində qüsurların aşkarlanması, sorğuya cavabdeh şəxslərin işinin öhdəsindən gələ bilməməsi və bunun nəticəsində də obyektivliyin şübhə altına düşməsidir.

Saytımızda səsvermənin keçirilməsinə icazə verməkdə əsas məqsədimiz ölkədə seçki ab-havasını canlandırmaq, namizədlər arasında rəqabət mühitini stimullaşdırmaq idi.

Ancaq məlum oldu ki, bəzi namizədlər hansısa yolla öz səslərini süni şəkildə artıra bilirlər. Bu da rəqiblərin və onların tərəfdarlarının haqlı narazılığına səbəb oldu.

BakuPost olaraq, kiminsə oyunbazlığına qətiyyən meydan verə bilməzdik.

Bizim üçün oxucu etimadı, saytın reputasiyası daha ümdə məsələdir.

Əziz oxucular, bizi izləməyi davam edin, maraqlı layihələrimizlə sizi məmnun etməyə çalışacağıq. Bizi seçdiyiniz üçün hər birinizə minnətdarıq.