Ru
11:54 / 30 Oktyabr 2025

Paşinyan erməniləri azərbaycanlılarla sülhə çağırdı

Paşinyan erməniləri azərbaycanlılarla sülhə çağırdı
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkə vətəndaşları qarşıdan gələn parlament seçkilərində sülh gündəliyini dəstəkləməlidirlər, çünki Cənubi Qafqazda uzun illərdən sonra ilk dəfə real sülh imkanı yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan KİV-ə açıqlamasında bildirib.

O, erməni ictimaiyyətini Bakı ilə sülhə hazır olmağa çağıraraq deyib:

“Əminəm ki, Ermənistan xalqı bu günə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, vətəndaşlarımız sülh gündəliyinə və sülh prosesinə səs verəcəklər.”

Paşinyan həmçinin vurğulayıb ki, **Azərbaycanla imzalanacaq müqavilə suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanacaq.

“Ermənistan və Azərbaycan bir-birinin ərazisindən tranzit məqsədilə istifadə etmək imkanına malik olmalıdırlar,” – deyə baş nazir əlavə edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar