Ru
10:52 / 05 Mart 2025

Paytaxtda qalanan tonqal həkimin avtomobilini külə döndərdi

Paytaxtda qalanan tonqal həkimin avtomobilini külə döndərdi
Eye

Bakıda maşın yanıb, sürücüyə 15 min manatdan çox ziyan dəyib.

Bakupost.az -ın Oxu.az-a istinadən əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında maşın yanıb.

Hadisənin dünənki Od çərşənbəsi zamanı yandırılan tonqalın qalıqlarının tamamilə söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Məlumata görə, bu gün klinikanın həkimlərindən biri avtomobili klinikanın qarşısında saxladıqdan bir neçə dəqiqə sonra maşında yanğın başlayıb. Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər və hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar