Ru
15:09 / 04 İyun 2026

“Persepolis”in müəllifi 56 yaşında vəfat etdi

“Persepolis”in müəllifi 56 yaşında vəfat etdi
Eye

“Persepolis” qrafik romanı və eyniadlı animasiya filmi ilə dünya şöhrəti qazanan İran əsilli yazıçı, rəssam və rejissor Marjane Satrapi 56 yaşında dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Onun həyat yoldaşı Mattias Ripa bir il öncə vəfat edib. Açıqlamada yazıçının həyat yoldaşının itkisinə dözə bilmədiyi, bu prosesi çox ağır keçirdiyi bildirilib.

Marjane Satrapi 1994-cü ildə İrandan Fransaya köçüb, 2006-cı ildə isə Fransa vətəndaşlığını qəbul edib. O, xüsusilə İran İnqilabı dövründəki həyatdan bəhs edən “Persepolis” əsəri ilə beynəlxalq səviyyədə tanınmışdı.

“Persepolis” əsəri sonradan animasiya filmi kimi ekranlaşdırılmış, dünya kino festivallarında böyük maraqla qarşılanmış və müxtəlif nüfuzlu mükafatlara layiq görülmüşdü.

Marjane Satrapi yaradıcılığı boyunca insan hüquqları, qadın azadlıqları və söz azadlığı mövzularında sərt mövqeyi ilə seçilən sənətçilərdən biri hesab olunurdu.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar