"Barselona"nın kapitanı Jerar Pikenin aldığı hotelin bağçasında kütləvi məzarlıq akşarlanıb.
Bakupost.az "Marca"ya istinadən bildirir ki, İspaniyanın Malaqa şəhərində yerləşən hotelin həyətində çoxlu sayda məzar tapılması Pikeni şoka salıb.
Məlumata görə, məzarları ərazidə qazıntı işləri aparan işçilər tapıblar. Dərhal hadisə yerinə arxeoloqlar çağırılıb.
Mətbuata bu barədə açıqlama verən arxeoloq Alberto Cumpian hotelin həyətində 250 ədəd məzar aşkarladıqlarını, onların çoxunun boş olduğunu bildirib.
Qeyd olunur ki, Pike həmin hoteli 2015-ci ildə 20 milyon dollara alıb.